Separatçı Abxaziyada "referendum" baş tutmayıb

Separatçı Abxaziyada "referendum" baş tutmayıb
# 11 iyul 2016 08:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Separatçı "Abxaziya Respublikası"nda erkən prezident seçkilərinin keçirilməsinə dair referendum baş tutmayıb.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, səsvermədə yekun seçici fəallığı tələb olunan 50%-ə qarşı 1,23% təşkil edib.

"Mərkəzi Seçki Komissiyası"nın sədri Batal Tabaqua bildirib ki, belə olan halda "referendum" baş tutmamış sayılır.

Qeyd edək ki, növbədənkənar "prezident seçkiləri" tələb edən "müxalifət" iyulun 5-də aksiya keçirərək, referendumun payızda keçirilməsini istəyirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR