"Bank BTB"-nin plastik kart sahibləri televizor və smartfon qazana bilər

"Bank BTB"-nin plastik kart sahibləri televizor və smartfon qazana bilər
# 21 iyun 2016 13:36 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Bank BTB” plastik kart sahiblərini "Visa"nın yeni aksiyasında iştirak etməyə dəvət edir.

Bankdan “APA-Economics”ə verilən xəbərə görə, aksiyada 20 ədəd “Panasonic Smart" televizorları və 60 ədəd "Samsung Galaxy" smartfonları təqdim olunur.

Bunun üçün iyunun 22-dən avqustun 21-dək alış-veriş edərək hər bir nağdsız ödənişi www.visa.com.az saytında qeydiyyatdan keçirə bilərsiniz.

Belə ki, plastik kart vasitəsi ilə istənilən ticari-xidmət müəssisəsində, internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə əməliyyat apararaq, tranzaksiyanın qəbzini və ya internet ödənişini təsdiqlədən sənədi kampaniyanın sonuna qədər saxlayın. Hər tranzaksiya yeni qeydiyyat formasının doldurulması ilə həyata keçirilir. "Visa" sizə Rioda keçiriləcək Olimpiya oyunlarının ən yaxşı anlarından zövq almağa və qazandığınız hədiyyələr vasitəsi ilə izləməyə dəvət edir.

Kampaniya haqqında daha ətraflı məlumatı www.visa.com.az saytından əldə edə bilərsiniz.

Bank xidmətləri haqqında məlumat mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.az və ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR