Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib

Deputat Novruz Aslanov İsmayıllıda seçiciləri qəbul edib
# 06 oktyabr 2016 11:24 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin deputatı Novruz Aslanov seçicilərini qəbul etmək məqsədilə İsmayıllı rayonuna növbəti səfər edib.

Deputatın qərargahından APA-ya verilən məlumata görə, 25 nəfərə yaxın sakinin iştirak etdiyi qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub. Qəbula gələn sakinlər əsasən şəxsi məişət problemləri və sosial yönümlü məsələləri qaldırıblar.

Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

Həmin gün Novruz Aslanov rayon İcra Hakimiyyətinin başçısı ilə birgə İsmayıllıda Bilik evinin açılışında iştirak edib. Novruz Aslanov çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə qayğısından söz açaraq, Bilik evinin açılmasını bu qayğının daha bir nümunəsi kimi dəyərləndirib. Millət vəkili bildirib ki, rayon əhalisi Bilik evindən səmərəli istifadə edərək həm özlərinin, həm də cəmiyyətin inkişafına böyük təkan vermiş olacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR