Ermənistan prezidentinin iqamətgahı qarşısında aksiya keçiriləcək

Ermənistan prezidentinin iqamətgahı qarşısında aksiya keçiriləcək
# 15 aprel 2016 14:26 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanda “Biz ölkəmizin sahibləriyik” adlı təşəbbüs müəllifləri prezidentin iqamətgahına doğru “Əsgərimizin yanındayıq” şüarı ilə yürüş keçirəcəklər.

APA-nın “armtoday.info” saytına istinadən verdiyi xəbərə görə, yürüş aprelin 22-də baş tutacaq.

Yürüş iştirakçıları ölən əsgərlərin ailələrinə 30 min dollar, yaralıların ailələrinə isə 5 min dollar həcmində maliyyə yardımının ayrılmasını, xarici işlər naziri Edvard Nalbandyan və silahlı qüvvələrin baş qərargah rəisi Yuri Xaçaturovun vəziyyətə nəzarət edə bilməmələri səbəbindən istefasını, məhkəmə qərarlarının icrası xidməti rəisinin vəzifədən azad edilməsini və Panamadakı ofşor şirkətlərdən qeyri-qanuni yolla əldə etdiyi gəlirlərinin dövlət büdcəsinə transfer edilməsini tələb edəcəklər.

Tələblər sırasında həmçinin prezident Serj Sarkisyanın Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin əleyhinə olduğunu rəsmən bəyan etməsi, prezidentin qardaşı Saşik Sarkisyan, sabiq prezident Robert Köçəryan, Ermənistan parlamentinin sədri Qalust Saakyan, İrəvan Dövlət Universitetinin rektoru Aram Simonyan və digərlərinin (50 nəfər) dövlət büdcəsinə minimum 5 milyon dollar köçürmələri, yığılan vəsaitin dövlət büdcəsində xüsusi hesaba köçürülməsi və bu vəsaitin ictimai nəzarət altında xərclənməsi daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR