Azərbaycan İranla neft yataqlarının araşdırılması sahəsində əməkdaşlıq edir

Azərbaycan İranla neft yataqlarının araşdırılması sahəsində əməkdaşlıq edir
# 21 iyul 2016 14:25 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. “İran və Azərbaycan müştərək neft yataqlarının araşdırılmaları sahəsində əməkdaşlıq edir”.

Bunu APA-nın İran bürosuna İranın Neft Sənayesi üzrə araşdırmalar mərkəzinin sədri Həmidrza Katuzian deyib.

H.Katuzian əlavə edib ki, təqribən yeddi ay öncə Azərbaycanın neft sənayesi üzrə araşdırmalar mərkəzindən nümayəndə heyəti Tehrana səfər edib, mərkəzlə tanış olublar: “Enerji və neft sahəsində birgə araşdırmalar üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Azərbaycan və İran arasında Tehranda bu sahədə əməkdaşlıq memorandumu imzalanıb və əməkdaşlığımız başlayıb”.

H.Katuzian hazırda müştərək yataqlar sahəsində, müştərək elmi və araşdırma işləri sahəsində imzalanmış anlaşma memorandumunu əməkdaşlıq müqaviləsi ilə əvəzləmək və bu əməkdaşlığı daha da genişləndirməyi düşündüklərini vurğulayıb. Mərkəz sədri bildirib ki, hazırkı dövrdə əgər neft və enerji sahəsində elmi araşdırmalar, texnologiyadan istifadə edilməzsə bu, zərərlə nəticələnəcək.

“Bu gün biz Azərbaycanla müxtəlif elmi və texniki əməkdaşlığı etməyə hazırıq. Bu əməkdaşlıq nəticəsində qarşılıqlı təcrübə mübadiləsi əldə olunar”, - deyə H.Katuzian bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR