“Pegasus” ötən ay 2 milyona yaxın sərnişin daşıyıb

“Pegasus” ötən ay 2 milyona yaxın sərnişin daşıyıb
# 15 fevral 2016 12:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Hava nəqliyyatı sahəsində durmadan böyüyən Türkiyənin “Pegasus” hava yolları şirkəti ötən ayın gəlirlərini açıqlayıb.

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, şirkət 2015-ci ilin yanvarı ilə müqayisədə bu ilin yanvarında 19,2% daha çox sərnişin daşıyaraq ay ərzində 1,81 mln. sərnişin daşınmasına imza atıb.

Şirkət daxili uçuşlarda 1,16 mln., xarici aviareyslərdə isə 640 min sərnişin daşıyıb.

Bundan başqa, "Pegasus" cari ildə aviareys həyata keçirdiyi xarici səfərlər arasında Əmman (İordaniya) və Qəbələni (Azərbaycan) də əlavə edərək uçuş şəbəkəsini ölkə daxilində 33, ölkə xaricində isə 70 olmaqla 41 ölkədə 103 məntəqəyə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR