Avstriyada atışma olub, 2 nəfər ölüb, 11 nəfər yaralanıb

Avstriyada atışma olub, 2 nəfər ölüb, 11 nəfər yaralanıb
# 22 may 2016 08:46 (UTC +04:00)

Bakı-APA. Ötən gecə Avstriyanın qərbində bayram şənliyi zamanı atışma baş verib.

APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, yerli vaxtla gecə saat 3:00 radələrində Nentsinq kommunasında 150 nəfərin iştirak etdiyi şənlikdə 27 yaşlı gənc avtomobilində silahını götürüb və şənlikdə iştirak edənlərə atəş açmağa başlayıb.

Nəticədə 2 nəfər ölüb, 11 nəfər yaralanıb. Daha sonra həmin gənc özünü güllələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR