Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad ilə görüşüb

Elmar Məmmədyarov Kosta-Rika xarici işlər və etiqad ilə görüşüb
# 22 may 2016 07:25 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində Kosta-Rika xarici işlər və etiqad naziri Manuel Gonzalez Sanz ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Kosta-Rika arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları, eləcə də iqtisadiyyat və ticarət sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Tərəflər M. G. Sanzın 2015-ci ilin oktyabr ayında Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd ediblər. Görüşdə Kosta-Rikanın Azərbaycanda səfirliyinin təsis etməsinin əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR