Gəncədə müşahidə kameralarını sındıran dəstə üzvləri tutulub

Gəncədə müşahidə kameralarını sındıran dəstə üzvləri tutulub
# 08 dekabr 2015 09:59 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində müşahidə kameralarını sındıran dəstə üzvləri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 6-da saat 21 radələrində Gəncə şəhərinin F.Əliyev küçəsində yerləşən yeraltı keçiddə quraşdırılmış Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidmətinin 3 ədəd müşahidə kameraları və yaddaş qurğusu naməlum şəxslər tərəfindən sındırılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emil Qarayev, Nicat Məmmədov və Xəyal Musayev tutulub, daha 3 nəfər isə müəyyən edilib. Onların da tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR