Abdulla Öcalana ailəsi ilə görüşməyə icazə verilib

Abdulla Öcalana ailəsi ilə görüşməyə icazə verilib
# 10 sentyabr 2016 19:52 (UTC +04:00)

Bakı-APA. Türkiyə hakimiyyəti ömürlük həbs cəzasına məhkum edilmiş PKK terror təşkilatının rəhbəri Abdulla Öcalana ailə üzvləri ilə görüşməyə icazə verib.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, Öcalana qardaşı Mehmet baş çəkəcək. Görüşün Qurban bayramında baş tutacağı bildirilir.

Qeyd edək ki, A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR