Lənkəran və Ağstafada hərbi sursat aşkarlanıb

Lənkəran və Ağstafada hərbi sursat aşkarlanıb
# 12 sentyabr 2016 15:18 (UTC +04:00)

Bakı. Hafiz Heydərov, Azər Məmmədli – APA. Lənkəran və Ağstafada hərbi sursatlar tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindəki dəniz kənarında 4 ədəd tank əleyhinə mina tapılıb. Minalar ANAMA-nın əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Ağstafada isə yaşayış evində təmir zamanı mərmi aşkarlanıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xətai kəndində Arif Hüseynovun evində kanalizasiya xətlərini yeniləyən usta Ərəstun Həsənov 100 ildən çox yaşı olan evin həyətini qazan zaman 2 ədəd mərmi görüb. Təhlükəli ola biləcəyini nəzərə alan Ərəstun Həsənov dərhal ev sahibi və qonşuları əraziyə çağırıb.

Ev sahibi evi bir neçə ay öncə aldığını bildirib.

Əraziyə rayon Polis Şöbəsi əməkdaşları da baxış keçirib. Arif Hüseynovun həyətindən tapılan mərmilər ANAMA-nın Ağstafa rayonunun Saloğlu qəsəbəsində yerləşən bölməsinin əməkdaşları tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR