Brüsseldə Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısı başlayıb

Brüsseldə Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısı başlayıb
# 01 dekabr 2015 13:52 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Brüsseldə NATO-nun mənzil-qərargahında Əfqanıstana Qətiyyətli Dəstək Missiyası üzrə nazirlər toplantısı başlayıb.

APA-nın məlumatına görə, toplantıya Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb. Görüşə NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edir.

İki gün davam edəcək nazirlər toplantısının müxtəlif sessiyalarında Türkiyənin təhlükəsizliyinin təmin olunması üzrə tədbirlər, Rusiya ilə münasibətlər, Suriyada əməliyyatlar zamanı insidentlərin baş verməməsi üçün tədbirlər və NATO-nun Ukraynaya dəstəyi də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR