KİV: Gürcüstanda baş nazir postuna XİN rəhbərinin namizədliyi irəli sürüləcək

KİV: Gürcüstanda baş nazir postuna XİN rəhbərinin namizədliyi irəli sürüləcək
# 23 dekabr 2015 20:43 (UTC +04:00)

Bakı-APA. Gürcüstanın yeni baş naziri postuna ölkənin hazırkı XİN rəhbəri Qeorqi Kvirikaşvilinin namizədliyi irəli sürüləcək.

APA-nın məlumatına görə, bu barədə “Rustavi 2” telekanalı məlumat verib.

Bundan əvvəl Gürcüstan parlamentinin sədri David Usupaşvili bildirib ki, ölkənin yeni baş naziri və hökuməti ilin sonunadək bəlli olacaq.

Xatırladaq ki, dekabrın 23-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR