Musiqili Teatr "Amerikalı kürəkən” komediyasını yeni quruluşda təqdim edib

Musiqili Teatr "Amerikalı kürəkən” komediyasını yeni quruluşda təqdim edib
# 02 may 2016 12:08 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı Ramiz Mirişlinin “Amerikalı kürəkən” iki hissəli musiqili komediyasını yeni quruluşda təqdim edib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu-rejissoru xalq artisti İlham Namiq Kamaldır.

“Amerikalı kürəkən” iki hissəli musiqili komediyasının quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Nabat Səmədova, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlər, şeirlərin müəllifi xalq şairi Fikrət Qoca, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərli, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Səməd Xasıyev, Pərviz Məmmədov, Gültac Əlili, Ağaxan Şərifov, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Gülçöhrə Abdullayeva, Nigar Qarayeva və Gülnarə Kərimbəyova ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR