FHN Ucarda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN Ucarda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb
# 28 dekabr 2015 21:11 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Ucar rayonunda bazarda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ucar şəhərində ümumi sahəsi 10000 kv.m olan ticarət mərkəzində sahibləri məlum olmayan, bir-birinə bitişik, arakəsmə divarı lambirdən ibarət 5 ədəd ticarət köşkünün yanar konstruksiyaları 76 kv.m sahədə yanıb.

Digər ticarət obyektləri yanğından mühafizə olunub. Yanğın saat 22:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR