Avtobusda oğurluq edən şəxslərə hökm oxunub

 Avtobusda oğurluq edən şəxslərə hökm oxunub
# 29 iyun 2016 15:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Zülfüqar Qədirov və Rüfət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Z. Qədirov 6 il, R. Hüseynov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Binəqədi şosesi, dön 1 ünvanında 192 saylı xətt avtobusunda 2 nəfər naməlum şəxs Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Telman Qasımzadənin cibindən 300 manatını oğurlayıb.


Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi və Baş Dövlət Yol Polisi İdarəsinin komendant bölüyü əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – 1976-cı il təvəllüdlü Rüfət Hüseynov və 1980-ci il təvəllüdlü Zülfüqar Qədirov tutulub. Saxlanılan şəxslərin hər ikisi eyni əmələ görə, əvvəllərdə məhkumluq həyatı yaşayıblar.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR