Fransada miqrant düşərgəsində yanğın olub

Fransada miqrant düşərgəsində yanğın olub
# 14 noyabr 2015 04:42 (UTC +04:00)

Bakı-APA. Fransanın Kale şəhərində qeyri-qanuni miqrantların məskunlaşdığı düşərgədə yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, alov çadır və daxmalar daxil olmaqla 2 500 kvadrat metri əhatə edib.

İnsident zamanı zərərçəkən olmayıb. Yerli prefekturadan bildirilib ki, yanğının Parisdəki hadisələrlə heç bir əlaqəsi yoxdur. Hadisə elektrik enerjisi ilə ehtiyatsız davranma səbəbindən baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR