Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Çingiz Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ç. Rəsulov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ç. Rəsulov Cinayət Məcəlləsinin 180-cı (soyğunçuluq) maddəsinə əsasən ittiham edilib.