İtaliyalı parlamentar: “Anlamıram ki, Avropa Parlamenti və Avropa İttifaqı niyə Azərbaycana qarşı belə sərt mövqe tutub”

İtaliyalı parlamentar: “Anlamıram ki, Avropa Parlamenti və Avropa İttifaqı niyə Azərbaycana qarşı belə sərt mövqe tutub”
# 02 noyabr 2015 09:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. “Mən anlamıram ki, Avropa Parlamenti, Avropa İttifaqı niyə Azərbaycana qarşı belə sərt mövqe tutub”.

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan İtaliya parlamentinin müşahidə missiyasının rəhbəri Sergio Divina deyib. O bildirib ki, Azərbaycanda stabillik, təhlükəsizlik hökm sürdüyü halda, Avropa Parlamentinin mövqeyi başadüşülən deyil: “Avropanın anti-Azərbaycan ritorikası düzgün deyil, paxıllıq var və əksər avropalı deputatlar kimi, bizim üçün də anlaşlan deyil”.

S. Divina Dağlıq Qarabağ münaqişəsinə toxunaraq qeyd edib ki, ABŞ, Rusiya və dünyadakı ermənilərin burada maraqları var. O, Avropanın Yaxın Şərqdəki hadisələrə münasibəti fonunda münaqişəyə münasibətini də ədalətsiz adlandırıb. Avropalı deputat təəssüflə onu da qeyd edib ki, Avropada antisemitizm baş qaldırıb və bu da nasizmə qayıdış deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR