Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə olunub

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə olunub
# 11 yanvar 2016 12:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən daxil olan əməliyyat məlumatı əsasında Azərbaycanın vətəndaşı Mehdiyev Mehman Hüseyn oğlunun idarə etdiyi 90-ZL-285 dövlət nömrə nişanlı avtonəqliyyat vasitəsi Qazax rayonu ərazisində saxlanılaraq avtomobilə baxış keçirilib. Yoxlama zamanı həmin nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində aksiz markası olmayan 18 000 ədəd xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR