Gəncədə ödəmə terminallarını yaran 3 nəfər tutulub

Gəncədə ödəmə terminallarını yaran 3 nəfər tutulub
# 15 aprel 2016 15:41 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə ödəmə terminallarını qıraraq oradan pul aparan üç nəfər saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, idarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhərin müxtəlif yerlərində bir neçə dəfə “MilliÖn” ödəmə terminalını qıraraq oradan pul aparan Gəncə şəhər sakinləri, 1992-ci il təvəllüdlü Tural Əşrəfov, 1990-cı il təvəllüdlü Atil Hacıyev və 1994-cü il təvəllüdlü Həsən Salmanov saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, adı çəkilən şəxslər əlbir olaraq 2015-ci ili sentyabr ayında şəhərin Şah İsmayıl Xətai prospektində olan “MilliÖn” ödəmə terminalından nağd pul oğurlayıb talamağa cəhd edib, lakin cinayəti başa çatdıra bilməyiblər.

İkinci cinayət əməlini isə Tural Əşrəfovla Atil Hacıyev bu ilin fevral ayının 14-dən 15-ə keçən gecə şəhərin Atatürk prospektində həyata keçiriblər. Onlar küçədə yerləşdirilən “MilliÖn” ödəmə terminalını sındıraraq içərisində olan 1065 manatı aparıblar. Onlar aparatın müxtəlif hissələrini zədələməklə başqasının əmlakına 1300 manat dəyərində ziyan da vurublar.

Üçüncü cinayət əməli isə saxlanılan hər üç şəxsin iştirakı ilə bu il martın 30-da baş verib. Onlar Nizami küçəsində quraşdırılmış “MilliÖn” aparatını qıraraq dəyəri 310 manat olan pul kasetini və içərisindəki 217 manatı oğurlayıb aparıblar. Həmçinin aparatın müxtəlif hissələrini qıraraq özgəsinin əmlakına 1300 manat ziyan vurublar.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR