Sumqayıt Kimya Sənaye Parkının elan etdiyi tenderin qalibi məlum olub

Sumqayıt Kimya Sənaye Parkının elan etdiyi tenderin qalibi məlum olub
# 30 sentyabr 2015 10:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən parkın ərazisinin xarici elektrik təchizatı layihəsi üzrə tikinti işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib.

APA-Economics”in “Sumqayıt Kimya Sənaye Parkı”na istinadən verdiyi məlumata görə, tender komissiyasının 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, “İMA-Energy” MMC qalib elan edilib və həmin təşkilatla bu ilin oktyabrın 1-də müvafiq satınalma müqaviləsi bağlanılacaq.

Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Kimya Sənaye Parkının ərazisində ərazidaxili elektrik quraşdırma və 110/35/6 kv-luq elektrik yarımstansiyanın tikintisi işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderlərdə iştirak edən iddiaçıların təklifləri qiymətləndirilib. Tender komissiyasının 30 sentyabr 2015-ci il tarixli qərarına əsasən, hər iki lot üzrə “İMA-Energy” MMC qalib elan edilib və həmin təşkilatla oktyabrın 1-də müvafiq satınalma müqavilələri bağlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR