Gənc rəssamların “Bir günəş” adlı sərgisinin açılışı keçirilib

Gənc rəssamların “Bir günəş” adlı sərgisinin açılışı keçirilib
# 17 noyabr 2015 10:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Art Villa” qalereyasında gənc rəssamların “Bir günəş” adlı sərgisinin açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sərgi Gənclər Şəbəkəsi və “Dünya rəssamlığı” incəsənət klubunun birgə təşkilatçılığı ilə gerçəkləşib.


Tədbiri giriş sözü ilə “Dünya rəssamlığı” incəsənət klubunun rəhbəri Elşad İbrahimov açıb. O qeyd edib ki, sərgini keçirməkdə məqsəd az tanınan gənc rəssamlara dəstək olmaq, onların mövzu üzrə çalışmaq bacarıqlarını üzə çıxarmaqdan ibarətdir. Sərgiyə 150 rəssam əl işlərini təqdim edib və onlardan 26 rəssamın hərəsinin bir əsəri nümayiş üçün seçilib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Əsərləri sərgilənən müəlliflərə sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR