AMEA magistraturasına qəbul planında dəyişiklik edilib

AMEA magistraturasına qəbul planında dəyişiklik edilib
# 09 dekabr 2015 14:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. AMEA-nın magistraturasına 2016-2017-ci tədris ili üçün qəbul planına dəyişiklik edilib.

APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul edilib. Bildirilib ki, növbəti tədris ilindən AMEA-nın magistraturasına 15 ixtisas üzrə 63 yer ayrılıb.

Qeyd edək ki, 2015-2016-cı tədris ilində AMEA-nın magistraturasına qəbul 7 ixtisas üzrə aparılıb.

Eyni zamanda, iclasda AMEA-nın elmi müəssisələrinin magistraturalarında saat hesabı tədris edən professor-müəllim heyətinin vəzifə maaşlarına əlavələrin verilməsi haqqında da qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR