AVRO-2017: Azərbaycan yığmasının 6 rəqibi dəqiqləşib

AVRO-2017: Azərbaycan yığmasının 6 rəqibi dəqiqləşib
# 05 oktyabr 2015 08:20 (UTC +04:00)

Bakı – APA. 2017-ci ildə Azərbaycan və Gürcüstanda keçiriləcək qadın voleybolçular arasında Avropa çempionatının iştirakçılarından 5-nin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən mötəbər yarışının ilk yığmaları Belçika və Hollandiyada başa çatan analoji turnirdə müəyyənləşib.

Belə ki, Avro-2015-in mükafatçıları – Rusiya, Hollandiya və Serbiya ilə yanaşı, ilk “beşlik”də qərarlaşan Türkiyə və Almaniya da Azərbaycanla Gürcüstanın birgə ev sahibliyi edəcəyi yarışda iştirak hüququ qazanıb. Onlar seçmə mərhələyə qatılmadan birbaşa Avro-2017-də mübarizə aparacaqlar.

Onlarla bərabər Azərbaycan və Gürcüstanın da ev sahibi kimi Avropa çempionatına qatılacağını nəzərə alsaq, artıq yarışda iştirak hüququ qazanan millilərin sayı 7-yə çatıb. Digər 9 komanda isə seçmə mərhələlərə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Avro-2017-də Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları da paytaxtımızda gerçəkləşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR