"Azər Türk Bank" xalqımızı Novruz Bayramı münasibətilə təbrik edib

"Azər Türk Bank" xalqımızı Novruz Bayramı münasibətilə təbrik edib
# 18 mart 2016 07:16 (UTC +04:00)

Bakı - APA-Economics. Milli-mənəvi dəyərlərimizə hər zaman böyük önəm verən “Azər Türk Bank” xalqımıza Novruz təbriki olaraq xüsusi videorolik hazırlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, dünyada yaşayan bütün soydaşlarımıza səmimi arzuların ünvanlandığı təbrik videoroliki izləyicilərə təqdim edilib. Videoroliki bankın sosial şəbəkələrdəki korporativ səhifələrində izləmək mümkündür.

1995-ci ildən fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75%-i Azərbaycan dövlətinə məxsusdur. Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatları www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR