Bakıda dörd avtomobilin toqquşub, bir neçə nəfər xəsarət alıb

Bakıda dörd avtomobilin toqquşub, bir neçə nəfər xəsarət alıb
# 18 mart 2016 15:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda dörd avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. “Niva”, “Mercedes”, KIA və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər yüngül xəsarət alıb.

Hazırda yol polisi əməkdaşları hadisə yerində araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR