Ermənistanda hərbi maşın aşıb, 11 nəfər xəsarət alıb

Ermənistanda hərbi maşın aşıb, 11 nəfər xəsarət alıb
# 06 iyul 2016 10:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistanın Sünik vilayətində hərbi maşın aşıb.

APA-nın news.am xəbər portalına istinadən verdiyi məlumata görə, içərisində hərbçilər olan QAZ-66 markalı avtomobil Karmrakar kəndində qəzaya uğrayıb.

Hadisə nəticəsində 11 hərbçi xəsarət alıb. Onlar Kapan tibb məntəqəsinə göndəriliblər, xəstəxanadan hərbçilər üçün həyati təhlükənin olmadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR