FHN “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb
# 24 sentyabr 2016 10:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonunda “SƏDƏRƏK” ticarət mərkəzində ümumi sahəsi 1200 m²olan 1 korpusun dam örtüyü 45 m², sahibləri məlum olmayan ümumi sahəsi 40 m² olan 4 ədəd geyim mağazasının yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb, yüksək temperaturdan ümumi sahəsi 39 m olan 3 ədəd mağazanın lambirdən ibarət tavanı əriyib.

Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR