Abşeronda avtomobil qadını vuraraq öldürüb

Abşeronda avtomobil qadını vuraraq öldürüb
# 17 oktyabr 2015 10:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 16-da saat 22 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Sumqayıt şəhər sakini Emin Camalov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Məlahət Cəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş M.Cəbiyeva orada ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR