Türkiyədə daha 3 əsgər şəhid olub, 6-sı yaralanıb

Türkiyədə daha 3 əsgər şəhid olub, 6-sı yaralanıb
# 18 oktyabr 2015 07:27 (UTC +04:00)

Bakı-APA. Türkiyədə PKK terror təşkilatına qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı baş verən toqquşmada 3 əsgər şəhid olub, 6-sı isə yaralanıb.

APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada 17 terrorçunun da məhv edildiyi bildirilib.

Baş Qərargah havadan və qurudan həyata keçirilən əməliyyatların davam etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR