Əməkdar artist Mircavad Cəfərovun konserti keçirilib

Əməkdar artist Mircavad Cəfərovun konserti keçirilib
# 09 dekabr 2015 10:58 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Çəngi” estrada folklor ansamblının bədii rəhbəri, əməkdar artist Mircavad Cəfərovun konserti keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Ömrün musiqili səhifələri” adlı konsert proqramı M.Cəfərovun anadan olmasının 50 illiyinə həsr edilib. Konsert “Çəngi” estrada folklor ansamblının rəqs və etno-caz qrupu və onun solisti Arzu Həsənlinin çıxışı ilə başlayıb.

Gecədə “Rast” qrupu və onun bədii rəhbəri, əməkdar artist Rəşad Haşımov, xalq artistləri Alim Qasımov, Səkinə İsmayılova, əməkdar artistlər Teyyub Aslanov, Zakir Əliyev, xanəndə Qoçaq Əsgərov, əməkdar artist, caz ifaçısı Salman Qəmbərov, əməkdar incəsənət xadimi, caz ifaçısı Cəmil Əmirov və gənc caz ifaçısı Elçin Şirinov müxtəlif ifalarla çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR