Bakıda qəzaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib

Bakıda qəzaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib
# 28 iyun 2016 07:47 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda “Ford” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR