Putin və Ərdoğan Sankt-Peterburq görüşünü iki ölkənin münasibətlərinin gələcəyi baxımından yüksək qiymətləndiriblər - YENİLƏNİB-1

Putin və Ərdoğan Sankt-Peterburq görüşünü iki ölkənin münasibətlərinin gələcəyi baxımından yüksək qiymətləndiriblər - <span style="color: red;">YENİLƏNİB-1
# 09 avqust 2016 17:07 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Bugünkü görüş Rusiya-Türkiyə münasibətlərinin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyır”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Ərdoğanla beynəlxalq və ikili münasibətlərə dair konstruktiv danışıqlar olub: “Münasibətlərimiz ötən il Rusiya təyyarəsinin vurulması ilə pisləşmişdi. Lakin münasibətlərimizin taleyinə dair qarşılıqlı hörmət məntiqi üstünlük qazandı. Türkiyənin çətin siyasi durumunda prezident Sankt-Peterburqa səfər etdi, bununla da, münasibətlərin normallaşmasında maraqlı olduğunu göstərdi. Münasibətlərin əvvəlki vəziyyətə çatdırılması üçün proses başlayıb. Lakin bunun üçün müəyyən vaxt tələb olunur. Biz əlaqələrin əsas mexanizmləri istiqamətində işləmək üzrə razılaşdıq. Energetika, metallurgiya, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edildi. Rusiyalı turistlərin Türkiyəyə səfərlərinin bərpası ilə bağlı bu ilin iyununda qərar vermişik, lakin bunun üçün vaxt lazımdı. Türkiyə hökumətinin də bizim vətəndaşlarımızın maksimum təhlükəsizliyini təmin etməsi vacibdir. Biz belə bir təminat almışıq. Hava əlaqəsi iyunun sonunda bərpa olunub. Çarter aviareyslərinin bərpası texniki məsələdir və zaman tələb edir. Terrorizmlə mübarizə də bizim münasibətlərin əsas hissəsini təşkil edir. Münasibətlərin tam formatda bərpası üçün bütün imkanlar var. Rusiya buna hazırdır”.

Daha sonra çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki ölkənin münasibətləri yüksək səviyyəyə qaldırmaqda qərarlı olduğunu bildirib, bu sahədə iradəyə sahib olduqlarını ifadə edib: “Siyasi, iqtisadi, mədəni və qlobal sahələrdə iki ölkənin münasibətlərini lazımi səviyyəyə çatdırmaq barədə razılaşma əldə etdik. Vizasız rejimin tam təşəkkülü istiqamətdə addımlar atacağıq. Müzakirə olunan digər məsələ "Akkuyu" Atom Elektrik Stansiyası layihəsinə strateji investisiya statusu verilməsidir. Bu sahədə danışılar aparılır və müvafiq qərar veriləcək. Həmçinin “Türk axını” layihəsini müzakirə etdik. Türkiyə Rusiyadan ildə 28 milyard kub/metr qaz alır. Bunun 18 milyard kub/metrini dövlət, qalanını özəl sektor alır. Türkiyə “Türk axını” lahiyəsinin reallaşmasında maraqlıdır. Biz Rusiya qazını "Türk axını" vasitəsilə Avropaya nəql etmək niyyətindəyik”.

Prezidentlər mətbuat konfransında onu da qeyd ediblər ki, Suriya böhranının həlli yollarını mətbuat konfransından sonra keçirəcəkləri görüşdə müzakirə edəcəklər.

***

saat 15.14

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Sank-Peterburq şəhərində Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

APA-nın məlumatına görə, görüşdə Türkiyə və Rusiyanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Sergey Lavrov da iştirak edir.

Rusiya prezidenti Vladimir Putin bunun ötən ilin noyabrında Rusiyaya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ilk səfər olduğunu bildirib. O, iki ölkə arasında münasibətlərin ötən ilin noyabrında Rusiya məxsus hərbi təyyarənin türk pilotları tərəfindən vurulmasından sonra ən aşağı səviyyəyə düşdüyünü deyib: “Türkiyənin çətin günlərində Rusiyaya gerçəkləşdirdiyiniz səfər hər iki ölkənin əlaqələrin normallaşmasında maraqlı olduğunu göstərir və bu, hər iki xalqın marağında olacaq”.

V. Putin təkbətək və geniş formatda keçiriləcək görüşlərdə ticarət əlaqələri və terrorla mübarizə sahəsində müzakirələrin olacağını bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət çevrilişi cəhdindən az sonra Rusiyaya səfər etdiyini xatırladıb. O bildirib ki, iki ölkə arasında münasibətlər müsbət mərhələyə keçib: “Atdığımız və atacağımız addımlar daha geniş mərhələyə keçəcək. Masa üzərində ikitərəfli əlaqələrə dair bir sıra mövzular var. Bölgədəki bəzi məsələrə dair bizim mövqeyimizlə bağlı gözləntilər mövcuddur. Bizim əməkdaşlığımız regionda bir çox problemlərin həllinə kömək edəcək”.

Görüş təkbətək və geniş formatda davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR