Tanınmış prodüsser Təranə Səmədova qəza törədib

Tanınmış prodüsser Təranə Səmədova qəza törədib
# 14 mart 2016 22:56 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Tanınmış prodüsser Təranə Səmədova qəza törədib. APA-nın məlumatına görə, hadisə Bakının İnşaatçılar prospektində, Dövlət Statistika Komitəsinin qarşısındakı dairədə baş verib.

Prodüsserin idarə etdiyi “Hyundai” markalı, 90 ST 666 dövlət nömrə nişanlı avtomobil “Range Rover” markalı avtomobilə arxadan çırpılıb. Qəza nəticəsində xəsarət alan olmasa da, prodüsserin maşınına ciddi ziyan dəyib.

Təranə Səmədova APA-ya açıqlamasında hadisə zamanı tək olduğunu və avtomobili özü idarə etdiyini bildirib: “Fikrim yayınmışdı. Qarşıdakı avtomobil dayandı və mən maşını saxlaya bilmədim”.

Qeyd edək ki, prodüsser Təranə Səmədova ötən ilin noyabrında eyni avtomobildə sükan arxasında sərxoş vəziyyətdə saxlanılmışdı. Yol polisi əməkdaşları “Hyundai” markalı 90 ST 666 dövlət nömrə nişanlı avtomobili saxladıqda sürücü Təranə Səmədova spirtli içki qəbul etdiyi məlum olmuşdu. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinədən imtina edən prodüsser Post Patrul Xidmətinin əməkdaşları tərəfindən məcburi qaydada tibbi müayinəyə aparılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR