Bakı. Ramiz Mikayıloğlu-APA. Türkiyənin baş naziri Əhməd Davudoğlu Xəzər dənizinin “Günəşli” yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını insan tələfatı ilə bağlı azərbaycanlı həmkarı Artur Rasizadəyə başsağlığı verib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Davudoğlu bildirib ki, dekabrın 4-də meydana gələn şiddətli fırtınanın Xəzər dənizinin "Günəşli" yatağındakı 10 saylı platformada qaz xəttinin sıradan çıxmasına səbəb olaraq yanğının baş verməsinə yol açdığını və həmin gün rəsmi səfərdə olduğu qardaş Azərbaycanda baş verən yanğının insan tələfatı ilə nəticələndiyini dərin kədər hissi ilə öyrənib.
Ə. Davudoğlu hökuməti və şəxsən öz adından yanğında həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, həyatını itirənlərin ailələrinə və Azərbaycan xalqına başsağlığı diləyib, dost Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzu edib.