Bakı-APA. Malayziyanın Puçonq şəhərində gecə klubunda partlayış törədilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 8 nəfər xəsarət alıb.
İlkin məlumata əsasən, naməlum şəxs kluba gələrək içəriyə qumbara atıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.
Hüquq-mühafizə orqanları hadisənin terror aktı olması versiyasını istisna edib.