Qəbələdə içərisində dörd nəfər olan avtomobil dərəyə aşma təhlükəsi ilə üzləşib

Qəbələdə içərisində dörd nəfər olan avtomobil dərəyə aşma təhlükəsi ilə üzləşib
# 01 noyabr 2015 15:38 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Qəbələdə içərisində dörd nəfər olan avtomobil dərəyə aşma təhlükəsi ilə üzləşib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayon, Duruca kəndində dağlıq ərazidə içərisində dörd nəfərin olduğu minik avtomobilinin sürüşərək dərəyə aşma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə dəstəsi hadisə yerinə cəlb edilərək avtomobili təhlükəsiz əraziyə çıxarıb və insanlara müvafiq köməklik göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR