Stoltenberq: “NATO Türkiyənin hava hücumundan müdafiəsinə dair razılığa gəlib”

Stoltenberq: “NATO Türkiyənin hava hücumundan müdafiəsinə dair razılığa gəlib”
# 18 dekabr 2015 20:20 (UTC +04:00)

Bakı-APA. NATO Türkiyənin hava hücumundan müdafiəsinə dair razılığa gəlib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Regionda vəziyyətin qeyri-stabil olması ilə əlaqədar biz Türkiyəyə dair yekun razılıq əldə etdik. Bu ölkənin hava məkanının müdafiəsinin təmin olunması üzrə plan qəbul edilib. Plana əsasən Türkiyədə həmçinin kəşfiyyat təyyarələrinin sayı artırılacaq", deyə Y.Stoltenberq bildirib.

Qeyd olunur ki, razılaşmaya hazırlıq Rusiya hərbi təyyarəsi ilə bağlı insidentdən əvvəl, 10 ay bundan əvvəl başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR