Ağstafada oğurluqla məşğul olan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib

Ağstafada oğurluqla məşğul olan 4 nəfərdən ibarət qrup zərərsizləşdirilib
# 12 mart 2016 13:29 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli - APA. Ağstafa rayonunda oğurluqla məşğul olan cinayətkar qrup zərərsizləşdirilib. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, 1995-ci il təvəllüdlü Musa Daşdəmirov, yetkinlik yaşına çatmayan, 1998-ci il təvəllüdlü Sənan Kiçikov, 1998-ci il təvəllüdlü, Nicat Vəliyev və 1989-cu il təvəllüdlü Nurlan Rəhimov saxlanılıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları onları oğurluq etmək istəyərkən yaxalayıblar. Saxlanılan şəxslər rayonun Poylu, Zəlimxan və Qıraq Kəsəmən kəndlərində mağazalardan müxtəlif növ ərzaq məhsulları spirtli içkilər, çay, siqaret və s. məhsullar oğurladıqlarını etiraf ediblər.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR