Ağcabədi və Abşeron rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb

Ağcabədi və Abşeron rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb
# 03 dekabr 2015 10:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ağcabədi və Abşeron rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də Ağcabədi şəhərində, rayon sakini Sahil Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən rayon sakini Şəhriyar İsmayılovu vurub. Xəstəxanaya yerləşdirilmiş Ş.İsmayılov orada ölüb.

Həmin gün Abşeron rayonunun Hökməli qəsəbəsində qəsəbə sakini Həsən Gülhüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarında dayanmış “Azəryolservis” MMC-yə məxsus yerhamarlayan traktora vurub. Nəticədə xəsarət almış H.Gülhüseynov xəstəxanaya aparılarkən yolda ölüb.

Abşeron rayonunun Masazır qəsəbəsində isə Saray qəsəbə sakini Balağa Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Göyçay rayon sakini Elvin İsmayılovu vurub. E.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR