Odessa sahillərində katerin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Odessa sahillərində katerin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb
# 17 oktyabr 2015 22:33 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Odessa milis idarəsinin məlumatında bildirilib.

“Faciə nəticəsində 12 sərnişin ölüb, daha 20 nəfər isə xəstəxanaya yerləşdirilib, bir neçə nəfər isə tibbi yardımdan imtina edib. İki şəxsin axtarışları davam etdirilir. Hadisənin səbəbləri araşdırılır”, deyə məlumatda bildirilir.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk qəzanın səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.

Yerli hakimiyyət qurumlarının məlumatına görə, kater çevrilməsinə səbəb fırtına olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR