Rusiya MSK saat 12:00-a Moskva üzrə seçici fəallığının 8,34 faiz olduğunu açıqlayıb

Rusiya MSK saat 12:00-a  Moskva üzrə seçici fəallığının 8,34 faiz olduğunu açıqlayıb
# 18 sentyabr 2016 13:23 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya paytaxtında Dövlət Dumasına keçirilən seçkilərdə iştirak edən seçicilərin fəallığı açıqlanıb.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası paytaxt üzrə seçici fəallığının saat 12:00-a olan məlumata görə 8,34 faiz təşkil etdiyni açıqlayıb.

“Əvvəlki kimiŞ Moskvanın 15 seçki dairəsi üzrə ilk yeri Mərkəzi dairə tutur. Bu seçki dairəsində məntələr açılandan iki saat sonra artıq seçici fəallığı 10,08 faiz olub. İkinci yerdə isə Novomoskiy 9,72 faiz, üçüncü yerdə Preobrajenskiy seçki dairəs 9,59 faizlə gəlir”,-deyə MSK-nın məlumatında qeyd olunub.

Komissiyadan o da bildirilib ki, Moskva üzrə ən aşağı seçici fəallığı Çertanovski - 7,54 faiz, Kuntsevski - 7,04 faiz və Lyublinski - 5,84 faiz seçki dairələrində qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR