Dövlət Komissiyası həbsxanalarda narkomaniya əleyhinə tədbir keçirib

Dövlət Komissiyası həbsxanalarda narkomaniya əleyhinə tədbir keçirib
# 06 may 2016 15:51 (UTC +04:00)

Bakı-APA.Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınlar, Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə birgə 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər arasında anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirici tədbirlər keçirib.

APA-nın məlumatına görə, hər iki cəzaçəkmə müəssisəsində keçirilən tədbirlərdə İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin əməkdaşları mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından danışaraq, maarifləndirmə, izahat və hüquqi təbliğat məsələlərinin diqqət mərkəzində saxlanıldığını bildiriblər. Dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilib. Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış yaddaş kitabçaları, xəbərdarlıq vərəqələri iştirakçılara paylanılıb, o cümlədən sosial video çarxlar və digər təbliğat materialların diskə daxil edilmiş elektron variantı cəzaçəkmə müəssisəsinə təqdim edilib. Sonda bu mövzuda olan “Bəla” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın videosu nümayiş olunub.

Bu gün Dövlət Komissiyasının İşçi qrupunun və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Tarix muzeyində narkomaniya xəstəliyinə düçar olmuş yeniyetmə və gənclərin vaxtında müəyyən edilərək barələrində tibbi-profilaktik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, təhsilalanların narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmələrinin və asılılığın aşkarlanması məqsədi ilə “Narkotiklərə-Yox deyək” adlı kütləvi ictimai kompaniyanın yekunu olaraq tədbir də keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR