BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə sazişin yerinə yetirilməsini müzakirə edəcək

BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə sazişin yerinə yetirilməsini müzakirə edəcək
# 02 iyul 2016 01:22 (UTC +04:00)

Bakı-APA. İyulun 18-də BMT Təhlükəsizlik Şurası İranın nüvə proqramı üzrə sazişin yerinə yetirilməsini müzakirə edəcək

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Koro Beşo bəyan edib.

Onun sözlərinə görə, toplantıda BMT baş katibi Pan Qi Munun məruzə ilə çıxış edəcəyi gözlənilir. “Hərtərəfli Birgə Fəaliyyət Planı artıq altı aya yaxındır ki həyata keçirilir. BMT-nin müvafiq qətnaməsinə uyğun olaraq iyulun 18-də baş katib Pan Qi Munun məruzəsi təqdim ediləcək və brifinq keçiriləcək. Mövzu ilə bağlı hər hansı qərarın qəbul edilməsi nəzərdə tutulmayıb”, deyə diplomat bildirib.

Xatırladaq ki, İranın nüvə proqramı üzrə razılaşma 2015-ci il, iyulun 14-də Vyanada əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR