Nazir Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək

Nazir Kəmaləddin Heydərov Naftalanda vətəndaşları qəbul edəcək
# 27 yanvar 2016 06:38 (UTC +04:00)
Bakı - APA. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 yanvar saat 11.00-dan Naftalan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda yalnız Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin, habelə həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Naftalan şəhəri, Heydər Əliyev Mərkəzində 28 yanvar 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR