Rusiya və İran Yaxın Şərqdə əməkdaşlığı möhkəmləndirməyə dair razılığa gəliblər

Rusiya və İran  Yaxın Şərqdə əməkdaşlığı möhkəmləndirməyə dair razılığa gəliblər
# 24 oktyabr 2015 19:09 (UTC +04:00)

Bakı-APA. Rusiya və İran XİN rəhbərləri Sergey Lavrov və Məhəmməd Cavad Zərif Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığı möhkəmləndirməyə dair razılığa gəliblər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN mətbuat xidmətinin məlumatında bildirilir.

“Lavrov iranlı həmkarını Vyanada ABŞ-ın dövlət katibi, Səudiyyə Ərəbistanı və Türkiyə XİN rəhbərləri ilə Suriya böhranının həlli üzrə keçirilmiş görüş barədə məlumatlandırıb. Suriyada vəziyyətin tezliklə nizamlanması məqsədilə İran və Misir prosesə cəlb edilməklə beynəlxalq səylərin əlaqələndirilməsinin genişləndirilməsinin zəruriliyi qeyd edilib”, deyə məlumatda qeyd edilir.

Nazirlər həmçinin Yaxın Şərqdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əməkdaşlığı möhkəmləndirməyə dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR