"CDB Bank" III rübü zərərlə başa vurub

"CDB Bank" III rübü zərərlə başa vurub
# 19 oktyabr 2015 10:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Caspian Development Bank” (CDB Bank) 2015-ci ilin III rübünün göstəricilərini açıqlayıb.

APA-Economics”in verdiyi xəbərə görə, 2015-ci il oktyabrın 1-ə bankın aktivlərinin həcmi 96 161,46 min manat təşkil edib.

Bankın kredit portfeli 69 436,93 min manat, depozit portfeli isə 24 805,29 min manat olub.

Yanvar-sentyabr ayları ərzində bankın məcmu kapitalı 50 590,14 min manat, nizamnamə kapitalı isə 49 924,80 min manat təşkil edib.

Qeyd edək ki, “Caspian Development Bank” cari ilin III rübünü 495,77 min manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR