Aİ-də sığınacağın verilməsi üzrə federal agentlik yaradılacaq

Aİ-də sığınacağın verilməsi üzrə federal agentlik yaradılacaq
# 06 aprel 2016 01:53 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqında sığınacaq hüququnun verilməsi ilə bağlı bütün məsələlərlə məşğul olacaq federal agentlik yaradılacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, müvafiq təklif bu gün Avropa Komissiyası tərəfindən təqdim ediləcək.

Bu addımın atılması onunla əlaqələndirilib ki, miqrasiya böhranı hələ yaxın bir neçə onilliklər ərzində Avropa üçün ən əsas problemlərdən biri olacaq. Avropa Komissiyası qeyd olunan təşəbbüsü aprelin 6-da Aİ Şurası və Avroparlamentə təqdim edəcək, lakin, yekun qərar bu ilin mayında qəbul olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR