İran həbsdəki amerikalı jurnalistə Milad bayramını ailəsi ilə keçirməyə icazə verib

İran həbsdəki amerikalı jurnalistə Milad bayramını ailəsi ilə keçirməyə icazə verib
# 26 dekabr 2015 10:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İran hakimiyyəti Tehranın “Evin” həbsxanasında saxlanılan “The Washington Post”un reportyoru Ceyson Rezayanın Milad axşamını ailəsi ilə keçirməsinə icazə verib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumatda bildirilir ki, C. Rezayan anası və həyat yoldaşı ilə birlikdə həbsxanada Milad bayramını qeyd edib. “The Washington Post” qəzeti İran hakimiyyətinin bu addımını müsbət qiymətləndirsə də, Tehranı jurnalisti azadlığa buraxmağa çağırıb.

Qeyd edək ki, 39 yaşlı C. Rezayan ABŞ və İran vətəndaşıdır. O, 2012-ci ildən “The Washington Post”un Tehran bürosuna rəhbərlik edib. O, 22 iyul 2014-cü ildə casusluq fəaliyyətində ittiham edilərək həbs olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR